"Çelsi" - "Qarabağ": büdcə, şanslar müqayisə olundu

"Çelsi" - "Qarabağ": büdcə, şanslar müqayisə olundu
Futbol
12 Sentyabr 2017 - 00:47
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup turnirinin ilk turunda keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu İngiltərə mətbuatında xüsusi diqqət mərkəzindədir.

Jurnalist Kevin Pikok beşqat Azərbaycan çempionu haqda fikirlərini qeyd edib.

"Çelsi" "Qafqazın Barselonası" "Qarabağ"a qarşı" yazısında İngiltərə klubunun favorit olduğu əksini tapıb.

Premyer Liqanın Avropada güclülər sırasında olduğu, buna görə də qrup mərhələsinin asan keçəcəyi proqnozu verilib.

İki il əvvəl Avroliqanın qrup oyununda "Qarabağ"ın "Tottenhem"ə məğlub olduğu xatırlanıb - 1:3, 0-1.

Azərbaycan klubları sırasında bu komandann ilk olaraq Çemponlar Liqasının qrupuna düşdüyü, bu uğurun qəhrəmanı olaraq cənubi afrikalı Dino Ndlovu göstərilib. Futbolçunun klubun heyətində 43 oyunda 20 qol vurduğu haqda məlumat verilib.

"Qarabağ"ın Avropa yarışlarındakı zəfərlərində 9 ildir ki, baş məşqçi kimi çalışan Qurban Qurbanovun əməyi xüsusi vurğulanıb.

"Qarabağ"ın "Barselona"nın oyun tərzinə uyğun mübarizə apardığı, "Qafqazın Barselonası" kimi tanındığı, komandanın çalışdırıcısı Q.Qurbanovun qısa ötürmələr və kəsərli hücumların təşkilini sevdiyi diqqətə çatdırılıb.

Məlumata görə, "Qarabağ"ın ispan futbolçusu Miçel 2010-cu ildə "Stemford Bric" stadionunda "Birmingem Siti"nin heyətində "Çelsi"yə qarşı oynayıb və komandası 0:3 hesabıyla uduzub.

Jurnaist "Çelsi"nin büdcəsinin 553 milyon, "Qarabağ"ın isə maliyyəsinin 15.55 milyon funt sterlinq olduğunu qabardıb:

"Maddi və futbol oynamaq baxımından üstünlük "Çelsi"dədir. Buna görə də asan qələbə qazanılacağını düşünmək olar".

 

Digər xəbərlər