"Qarabağ"ın legioneri: "Onları dayandırmağa çalışacağam"

"Qarabağ"ın legioneri: "Onları dayandırmağa çalışacağam"
Futbol
11 Sentyabr 2017 - 23:09
"Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik".

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında "Qarabağ"ın futbolçusu Yakub Jezniçak belə deyib.

"Çelsi"nin hücumçusu Alvaro Morata "Real"da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam" - deyə o, bildirib.

 

Digər xəbərlər