Çempionlar Liqasının ən uğurlu komandası - "Real Madrid"

Çempionlar Liqasının ən uğurlu komandası - "Real Madrid"
Futbol
11 Sentyabr 2017 - 16:50
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasında ən çox uğur qazanan "Real Madrid"dir.

Son iki mövsümün çempionu ümumilikdə 12 dəfə kuboka sahib çıxıb - 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017.

İspaniya klubu 1962, 1964 və 1981-ci ildə finalda məğlub olub.

39 komanda final oynayıb, 22-si kuboku qazanıb.

"Real Madrid" 12, "Milan" 7, "Liverpul", "Bayern Münxen" və "Barselona" 5, "Ayaks" 4, "Mançester Yunayted", "İnter" 3, "Benfika", "Yuventus", "Nottingem Forest" və "Portu" 2, "Aston Villa", "Borussiya" Dortmund, "Seltik", "Srvena Zvezda", "Feyenoord", "Hamburq", "Olimpik" Marsel, PSV, "Styaua" Buxarest və "Çelsi" 1 dəfə kuboka sahib çıxıb.

1992-1993-cü il mövsümündən indiyə qədər Çempionlar Liqası yarışının qalibi ən çox İspaniya klubu olub.

İspan komandaları 17 dəfə, italyanlar və ingilislər 12, almanlar 7, niderlandlılar 6, Portuqaliya təmsilçiləri 4, Fransa, Rumıniya, Şotlandiya və Yuqoslaviya klubları 1 dəfə uğur qazanıb.

Digər xəbərlər