"Qarabağ" - "Roma": ilk gündə nə qədər bilet satılıb?

"Qarabağ" - "Roma": ilk gündə nə qədər bilet satılıb?
Futbol
08 Sentyabr 2017 - 01:24
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda "Qarabağ"ın qarşılaşacağı “Roma”yla matçın biletləri satışa çıxarılıb.

İlk gündə təxminən 3000 bilet satılıb.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Digər xəbərlər