180 milyonluq transfer ayrılmağının səbəbini gizlətdi - Foto

180 milyonluq transfer ayrılmağının səbəbini gizlətdi - Foto
Futbol, Foto
06 Sentyabr 2017 - 17:15
Supersport.Az-ın məlumatına görə, PSJ "Monako"dan 180 milyon avroya transfer etdiyi Kilian Mbappeni təqdim edib.

Mətbuat qarşısına klub rəhbəri Nasser Əl-Xəlaifi ilə çıxan 18 yaşlı futbolçu deyib:

"Monako"da bir mövsüm də qalmaq istəmədim. PSJ prezidentinə bunu dedim. Ancaq sonra fikrim dəyişdi. "Monako"dan ayrılmağın səbəbini deyə bilmərəm. Bu haqda indi danışmaq istəmirəm və sonra məlum olacaq. Baş məşqçi Emeri ilə görüşdük. Müxtəlif mövqelərdə oynaya bilərəm. Hücumda istənilən yerdə mübarizə apararam".

Neymar səviyyəli futbolçusur. Onunla birgə oynamağın yeri başqadır. Yalnız Neymar üçün gəlmədim. Başqa bir xüsusi plan üçün burdayam. "Monako"dan ayrılanda hansı komandaya geməyin vacibliyini düşündüm. PSJ-nin ən doğru seçim olduğuna qərar verdim".

"Monako"da məşqə anan aparıb gətirirdi, indi necə olacaq" sualına Mbappe, "Klubun verdiyi sürücüdən istifadə edirəm. Artıq anamın məni məşqə aparmasına ehtiyac yoxdur. Sürücülük dərsi də alıram" cavabını verib.

 

Digər xəbərlər