Prosineçki: "Özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsınız" - Video

Prosineçki: "Özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsınız" - Video
Futbol, Video
05 Sentyabr 2017 - 09:39
Supersport.Az DÇ-2018-in seçmə mərhələsinin oyununda San Marinoya 5 qolla qalib gələn Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin fikirlərini təqdim edir.

Xorvat mütəxəssis belə açıqlama verib:

"Norveç millisinə məğlubiyyətdən sonra yaxşı futbol oynaya bildyimizi göstərdik. 90 dəqiqə ərzində üstün olduq. 2-3 qoldan sonra arxayınlaşmadıq. Hücumları davam etdirdik və yenə qollar vurduq. Şadam ki, komandam özünə inandı və 90 dəqiqə ərzində gözəl futbol nümayiş etdirdi. Məndə olan məlumata görə, Azərbaycan millisi ilk dəfə 5 qol vurdu. Həm nəticədən, həm də oyundan razı qaldım. Bizi oktyabrda 2 oyun gözləyir. Evdə Çexiya, səfərdə Almaniya millisi ilə qarşılaşacağıq. Çexiya yığmasından səfərdə 1 xal almışdıq. Onlara qarşı evdə də yaxşı oyun göstərməliyik. Almaniya millisinə gəlincə, özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsınız. Almanlarla görüşdə məqsəd özümüzü yaxşı tərəfdən göstərmək olacaq".

Digər xəbərlər