Azərbaycana bayraq təqdim olundu - Video

Azərbaycana bayraq təqdim olundu - Video
Digər, Cüdo, Video
03 Sentyabr 2017 - 22:12
Gələn il cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Supersport.Az-ın məlumatına görə, bununla bağlı Macarıstanın Budapeşt şəhərində mötəbər yarışın bayrağının Azərbaycana təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bu il dünya birinciliyini qəbul edən Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək simvolik bayrağı onlardan təhvil alıb və gələn il çempionatın tışkilatçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib. Bayrağın təqdimetmə mərasimindən sonra zaldakı ekranlarda 2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videosu azarkeşlərə göstərilib.


 

Digər xəbərlər