Türkiyədən hakim biabırçılığıyla bağlı FİFA-ya şikayət - Foto

Türkiyədən hakim biabırçılığıyla bağlı FİFA-ya şikayət - Foto
Futbol
03 Sentyabr 2017 - 15:30
Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin oyununda Ukrayna yığmasına uduzan Türkiyə qarşılaşmanın ispan hakimlərindən FİFA-ya şikayət edib.

Bu haqda açıqlama verən TFF prezidenti Yıldırım Dəmirörən, beynəlxalq qurumun Hakim Komitəsi rəhbəri Pyerluici Kollinaya müraciət etdiklərini bildirib.

Türklər Ukraynanın 18 və 42-ci dəqiqələrdə Andrey Yarmolenkoyla vurduğu qollarda kobud hakim səhvləri olduğunu iddia edib.

İlk qoldan əvvəl zərbə vuran Yarmolenkonun ofsaydda olması, 2-ci qolun top aut xəttini keçəndən sonra vurulması Türkiyəni ayağa qaldırıb.

Yıldırım Dəmirörən də məğlubiyyətin səbəbini hakimlərlə əlaqələndirib:

"Hakimlərin günahından oyunu uduzduq. Sağ tərəfdəki köməkçi referidən Kollinaya şikayət edirik".

Qeyd edək ki, Ukrayna - Türkiyə matçının baş hakimi ispan David Fernandes Borbalan, köməkçilər Raul Kabanero və Dieqo Barbero olub.

Digər xəbərlər