Rüstəm gümüşlə kifayətləndi, Hidayət medalsız qaldı

Rüstəm gümüşlə kifayətləndi, Hidayət medalsız qaldı
Digər, Cüdo
30 Avqust 2017 - 20:28
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Supersport.az-ın məlumatına görə, 73 çəki dərəcəsində yığmamız 2 cüdoçu ilə təmsil olunub. Cüdoçumuz Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə qüvvəsini sınayıb. Cüdoçumuz ipponla qalib gəlib.  Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib. 26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib və "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənib.

73 kq çəki dərəcəsində yarışan Azərbaycanın digər cüdoçusu, Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayara uduzub.

Digər xəbərlər