Sumqayıtda "Koreya səfiri kuboku" yarışı keçiriləcək

Digər, Taekvondo
30 Avqust 2017 - 15:57
Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək.

Sayca üçüncü olan bu yarış 16-17 sentyabr 2017-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının, 2000-2003-cü il təvəllüdlü gənc idmançıları dəvətlidir.
Xatırladaq ki, adıçəkilən turnir 2015-ci ildən keçiyrilir. İlk yarış Qubada, növbəti yarış isə ötən il Qəbələdə təşkil olunub.

Digər xəbərlər