"Qarabağ"ın futbolçu axtardığı ölkələr

"Qarabağ"ın futbolçu axtardığı ölkələr
Futbol
30 Avqust 2017 - 12:41
Çempionlar Liqasının qrupunda yarışacaq "Qarabağ" heyətini gücləndirmək yolunda fəaliyyətini davam etdirir.

Beşqat Azərbaycan çempionunun Yunanıstan, İtaliyada futbolçularla maraqlandığı ilə bağlı xəbər vermişik.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" İspaniyada da futbolçu axtarışındadır. Oyunçuların dəyəri 3-4 milyon avro dəyərindədir. Azərbaycan klubu 2-3 futbolçunu icarəyə götürərək heyətinə cəlb etməkdə israrlıdır. Hazırda komandada iki ispan futbolçu - Miçel Madeyra və Dani Kintana çıxış edir.

Xatırladaq ki, Çempionlar Liqasıının "C" qrupunda mübarizə aparacaq "Qarabağ"ın rəqibləri  "Çelsi", "Atletiko" və "Roma"dır.

Digər xəbərlər