Muarem Muarem: "Qarabağ"ın zəfərinə çox sevinirəm"

Muarem Muarem: "Qarabağ"ın zəfərinə çox sevinirəm"
Futbol
30 Avqust 2017 - 00:46
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan "Aktobe"yə keçən Muarem Muarem keçmiş komandasının Avropanın bir nömrəli yarışında uğurlu çıxışına sevindiyini bildirib.

Makedoniyalı futbolçu, bununla bağlı fikirlərini belə bölüşüb:

"Təbriklər "Qarabağ" FC... Çempionlar Liqasının qrup mərhələsində oynamağın vaxtı idi. "Qarabağ" komandasının bir parçası olduğum üçün çox sevincliyəm. İki oyunu da səbrsizliklə izlədim və böyük inamla qruplarda oynayacağını hiss edirdim. Allaha şükür belə oldu. Azərbaycan xalqının nə qədər sevindiyini təxmin edə bilərəm. Bu komanda "Qarabağ" adını eşitməyənləri də xəbərdar edəcək. Qrupdakı oyunlarda indidən uğurlar diləyirəm. Forza Qarabagh 🇦🇿"

Digər xəbərlər