İki boksçumuz yarımfinalda

İki boksçumuz yarımfinalda
Digər, Boks
30 Avqust 2017 - 01:34
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasından Supersport.Az-a verilən məlumata görə, günün ilk sessiyasında Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvalı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Günün ikinci sessiyasında dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) arımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşüb. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin edib.

Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək.

Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Digər xəbərlər