Hacı Əliyev 3 qat dünya çempionu oldu - Foto

Hacı Əliyev 3 qat dünya çempionu oldu - Foto
Digər, Güləş, Foto
25 Avqust 2017 - 22:18
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Supersport.Az xəbər verir ki, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunların bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Finaladək güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Digər xəbərlər