"Roma"nın kapitanından "Qarabağ"ı tanımırıq" açıqlaması

"Roma"nın kapitanından "Qarabağ"ı tanımırıq" açıqlaması
Futbol
25 Avqust 2017 - 16:53
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Roma"nın kapitanı Daniele De Rossi açıqlama verib.

34 yaşlı yarımmüdafiəçi güclü qrupa düşdüklərini bildirərək, püşkün nəticəsini dəyərləndirib.

"Bir tərəfdən təəssüflənirik ki, daha rahat qrupa düşə bilərdik. Ancaq çox şadıq ki, Avropanın tanınmış komandalarıyla qarşılaşacağıq. Komandamız qitə yarışına çox yaxşı köklənir. Çətin qrupa düşsək də, bu mərhələni adlamaq şansımız var.

Antonio Konte dünyanın ən yaxşı məşqçilərindən biridir. "Çelsi" ilə oyunlar çox ağır olacaq. Bununla belə ümid edirəm ki, rəqibi məğlub edə bilərik".

"Roma"nın aparıcı futbolçusu, "Atletiko"nun da asan komanda olmadığını, əla məşqçiyə sahib olduğunu qeyd edib:

"Bu rəqib son illər tanımmış futbolçularla sərt mübarizə aparan klublarla nəticə qazanıb".

İtaliya təmsilçisinin üzvü Azərbaycan komandası haqda məlumatsız olduğunu vurğulayıb:

"Qarabağ" tanış rəqib deyil. Ancaq bu komanda qrupa düşübsə, deməli keyfiyyətli, səviyyəli futbol nümayiş etdirir".

 

Digər xəbərlər