İlham Əliyev "Qarabağ"a pul mükafatı ayırdı

İlham Əliyev "Qarabağ"a pul mükafatı ayırdı
Futbol
24 Avqust 2017 - 17:57
Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.

Supersport.Az-ın prezidentin saytına istinadən xəbərinə görə, sərəncamda qeyd edilib ki, "Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, "Qarabağ"a Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Digər xəbərlər