Eksklüziv: Prezident İlham Əliyev "Qarabağ"ı qəbul edəcək

Eksklüziv: Prezident İlham Əliyev "Qarabağ"ı qəbul edəcək
Futbol, Eksklüziv
24 Avqust 2017 - 14:47
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Çempionlar Liqasında möhtəşəm zəfər qazanan "Qarabağ"ı qəbul edəcək.

Dövlət başçısı, ölkəmiz üçün mühüm olan Qarabağ bölgəsini təmsil edən komandanı daim diqqət mərkəzində saxlayıb və son uğurdan əvvəl üç il dalbadal Avropa Liqasının qrupuna düşən kluba həm mənəvi, həm də maddi kömək göstərib.

Yaxın dəqiqələrdə prezident İlham Əliyevin Çempionlar Liqası qrupuna düşən "Qarabağ"la görüşəcəyi və hərtərəfli dəstəyini bir daha davam etdirəcəyi bildirilir.

 

Digər xəbərlər