"Qarabağ" Çempionlar Liqasının qrupunda!

"Qarabağ" Çempionlar Liqasının qrupunda!
Futbol
24 Avqust 2017 - 00:40
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olub.

"Parken" stadionunda keçiriləcək qarşılaşmada komandamız məğlub olsa da, qrup mərhələsinə düşüb.

Qitənin ən ali turnirində pley-offa vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan "Qarabağ" bu gün yeni bir tarix yazıb. İlk oyunda 1:0 hesabıyla qalib gələn komandamız bu gün sərfəli nəticə qazanaraq, Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açıb.

22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan) 2-1 

Qollar: Federiko Santander 45, Andriya Pavloviç 66 - Dino Ndlovu 63

İlk oyun: 0-1

Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. “Parken” stadionu

Digər xəbərlər