"Kopenhagen"in baş məşqçisi: "Çempionlar Liqasını düşünürük, Avroliqanı yox"

"Kopenhagen"in baş məşqçisi: "Çempionlar Liqasını düşünürük, Avroliqanı yox"
Futbol
23 Avqust 2017 - 00:50
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ı qəbul edəcək "Kopenhagen"in baş məşqçisi Stale Solbakken açıqlama verib.

"Qarabağ" tarixi, köklü komandadır və Avropa təcrübəsinə malikdir. "Vardar" da yaxşı rəqib idi. Ancaq "Qarabağ" daha güclüdür və təşkilatlanmış komandadır. Bu rəqibin bəzi oyunçuları yığmada çıxış edir. İlk oyunda bir qolla qalib gələn "Qarabağ" cütün favoritidir. Əgər biz ilk qolu vursaq, bu üstünlük "yoxa çıxacaq" deyən mütəxəssis, Avroliqanı yox, Çempionlar Liqası haqda düşündüyünü bildirib:

"Biz yalnız Çempionlar Liqasının qrupuna vəsiqə düşündürür. Bəli, etiraf edim ki, komandamız yarışa tam hazır odeyil. Bununla belə 6 həftə müddətində 30 faiz də irəliləyiş olacaq. Hətta yeni futbolçular almasaq belə. Komanda vaxt keçdikcə inkişaf edəcək, bəzi futbolçular fiziki baxımından güclənəcəklər. Piter Ankersendə hazırda 20 faiz çatışmazlıq var. Rasmus Falk tezliklə komandaya qoşulacaq. Növbəti həftədə yeni oyunçular daha yaxşı səviyyəyə gələcəklər".

Xatırladaq ki, "Kopenhagen" - "Qarabağ" oyunu bu gün Bakı vaxtıilə saat 22:45-də başlayacaq.

Digər xəbərlər