Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik"

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik"
Futbol
22 Avqust 2017 - 21:46




Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə "Kopenhagen"in qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi fikirlərini bildirib.

"İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq" - deyə, təcrübəli mütəxəssis qeyd edib.

Bu açıqlama klubun saytında verilib.



Digər xəbərlər