Norveç millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Norveç millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Futbol
22 Avqust 2017 - 21:41
Futbol üzrə Norveç millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.

Supersport.Az xəbər verir ki, Norveç millisinin baş məşqçisi Lars Laqerbek Azərbaycan ilə oyun üçün 24 futbolçuya dəvət göndərib.

Norveç millisinə qapıçılar – Sten Qryutebust, Andre Hansen, Rune Yarsteyn, müdafiəçilər – Haytam Alisami, Omar Elabdelaui, Bİrqer Melinq, Hovard Nordtveyt, Tore Reqiniussen, Yunas Svensson, Yorqen Şelvik, Qustav Valsvik, yarımmüdafiəçilər – Sander Berqe, Yo-İnqe Berqet, Mats Meller-Deli, Mohamed Elyunussi, Stefan Yohansen, Andres Konradsen, Martin Linnes, Ule Kristian Selnes, Andres Trondsen, hücumçular – Tarik Elyunussi, Born Yonsen, Coşua Kinq və Aleksander Serlot çağırılıb.

Qeyd edək ki, Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərindəki “Ullevol” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər xəbərlər