Runi 200-ü adladı

Runi 200-ü adladı
Futbol
22 Avqust 2017 - 09:43
"Everton”un futbolçusu Ueyn Runi İngiltərə Premyer Liqasında 200-cü qolunu vurub.

Supersport.Az-ın məlumatına görə, 31 yaşlı hücumçu yubiley qolunu Premyer Liqanın 2-ci turunda “Mançester Siti” ilə səfər oyununda vurub.

Runi 183 dəfə “Mançester Yunayted”, 17 dəfə isə “Everton”da rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Runi bu göstəricidə İngiltərədə 2-cidir. Birinci yerdə isə 260 qolla Alan Şirerdir.

Digər xəbərlər