"Real"ın əsas komandasında yeni futbolçu

"Real"ın əsas komandasında yeni futbolçu
Futbol
21 Avqust 2017 - 23:26


"Real" əvəzedici heyətdən əsas komandaya yeni futbolçu cəlb edib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu Aşraf Xakimidir. Madrid klubunun sifariş etdiyi 18 yaşlı oyunçu əsas komandada 19 nömrəli forma geyinəcək.

Qeyd edək ki, A.Xakimi Mərakəş millisinin şərəfini qoruyur. O, 2006-cı ildən Madrid klubunun aşağı yaş qruplarında oynamağa başlayıb.

Digər xəbərlər