Messi üçün fantastik təklif - 300 milyon avro

Messi üçün fantastik təklif - 300 milyon avro
Futbol
21 Avqust 2017 - 11:24
Supersport.Az-ın məlumatına görə, Neymarı 222 milyon avroya PSJ-yə satan "Barselona" Lionel Messini də itirə bilər.

"Mançester Siti" "Barselona"nın yeni müqavilə imzalamadığı argentinalı futbolçu üçün 300 milyon avro təklif edib. Bu haqda Fransa mətbuatı məlumat yayıb. Messinin müqaviləsində sərbəst qalması üçün 300 milyon tələb olunur.

 

Futbolçu, hazırki klubuyla yeni müqavilə məsələsində anlaşsa da, imza atmayıb. Argentinalı ulduzun kontraktı 2019-cu ildə başa çatacaq.

 

"Barselona" Neymarı sərbəst qalmaq səbəbindən itirib və 222 milyon avroya PSJ-yə satmalı olub.

Messi 300 milyon avroya transfer olarsa, braziliyalı futbolçuya aid rekordu qıracaq və dünyanın ən bahalı oyunçusu olacaq.

 

 

Digər xəbərlər