Yığmamız Universiadada mübarizə aparacaq

Yığmamız Universiadada mübarizə aparacaq
Digər, Taekvondo
19 Avqust 2017 - 17:34
Supersport.Az-ın məlumatına görə, taekvondo milli komandamız Çinə yollanıb.

Sayca 29-cu olan Yay Universiada Oyunları bu gün Taypey şəhərində başlanacaq. 150 ölkənin iştirak edəcəyi və 21 idman növünün yer aldığı oyunlarda taekvondo idman növü üzrə yarışlarda ölkəmizi 12 idmançı təmsil edəcək.
Belə ki, 22 avqustda startı veriləcək taekvondo yarışlarında baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan idmançılardan Əli Məmmədov (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Payam Qobadi Oğaz (-87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.
Qadınların baş məşqçisi Elnur Amanov isə Safiyə Polat (-49 kq), Patimat Abakarova (-53 kq), Yaprak Eriş (-57 kq) və Fəridə Əzizovaya şans verəcək.
Qeyd edək ki, taekvondo yarışları 26 avqust tarıxınədək davam edəcək. Oyunlar 30 avqustda başa çatacaq.

Digər xəbərlər