Dünya çempionatında ölkəmiz 7 qadın güləşçi ilə təmsil olunacaq / HEYƏT

Dünya çempionatında ölkəmiz 7 qadın güləşçi ilə təmsil olunacaq / HEYƏT
Digər, Güləş
17 Avqust 2017 - 00:01
Supersport.Az xəbər verir ki, Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.

Mundialda iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.

Qadın güləşi yarışlarında isə, ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.

Məlumat üçün bildirək ki, qadın güləşçilərimiz avqustun 7-dən Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirir. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.

Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Avqustun 22-də 59, 66, 80 və 130 kq-da yunan-Roma güləşçiləri, avqustun 23-də isə, 55, 58, 63 və 75 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 48, 53, 60 və 69 kq qadıngüləşçilər mübarizə aparacaq. 57, 61, 86 və 125 kq çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaq. Çempionatın son günündə isə, sərbəst güləş üzrə 65, 70, 74 və 97 kq çəki dərəcəsində pəhləvanlar yarışacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Digər xəbərlər