"Real" İspaniya Superkubokunu qazandı - Video

"Real" İspaniya Superkubokunu qazandı - Video
Futbol, Video
17 Avqust 2017 - 07:50
Son ölkə çempionu "Real" İspaniya Superkubokunu da qazanıb.

Supersport.Az-ın məlumatına görə, paytaxt təmsilçisi iki oyundan ibarət mübarizədə "Barselona"dan güclü olub.

İlk görüşdə səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Zinəddin Zidanın komandası bu gün Madriddə keçirilən görüşdə 2 cavabsız qolla Superkubokun sahibi olub.

"Real"ın hücumçusu Kriştiano Ronaldo cəzalı durumda olduğundan bu görüşdə iştirak etməyib.


17 avqust


"Real" - "Barselona" - 2:0
Qollar:
Asensio, 4, Benzema, 39
İlk oyun - 3:1

Digər xəbərlər