"Qarabağ"ın legionerindən azarkeşlərə təşəkkür

"Qarabağ"ın legionerindən azarkeşlərə təşəkkür
Futbol
16 Avqust 2017 - 18:26
"Qarabağ"ın yeni transferi Kuba (Yakub Jezniçak) Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"lə ilk oyunundan sonra azarkeşlərə təşəkkür edib.

Supersport.Az-ın xəbərinə görə, polşalı müdafiəçi Respublika stadionunu dolduran azarkeşlərə Feysbuk səhifəsi vasitəsilə təşəkkür edib:

"Azarkeşlərimizə böyük təşəkkürlər! Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdınız".

Xatırladaq ki, dünənki oyunda "Qarabağ" Danimarka klubuna 1:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər