"Kopenhagen" türk məşqçini köməyə çağırdı

"Kopenhagen" türk məşqçini köməyə çağırdı
Futbol, Eksklüziv
18 Avqust 2017 - 00:15
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın məğlub etdiyi Danimarkanın son iki il çempionu "Kopenhagen" türk mütəxəssislə razılıq əldə edib.

Bu haqda izmirli məşqçi Sərdar Sabuncu özü açıqlama verib.

"Danimarka klubunun rəsmiləriylə əvvəlcə İstanbul, sonra İzmirdə görüşümüz olub. Fikir mübadiləsi apardıq və təkliflərində ciddi olduqlarını, mənimlə 5 illik müqavilə imzalamaq istəklərini bildirdilər. "Kopenhagen"dən başqa, bu iş adamlarının idarə etdiyi 3 klub var. Komandalarda məşqçilik və ya idman direktoru kimi çalışa bilərəm. Danimarkada əcnəbi oyunçularla maraqlanıb, Türkiyə liqalarında futbolçuları da izləyəcəyəm".

39 yaşlı Sərdar Sabuncu, 2015-16-cı il mövsümündə "Altay"da ötən mövsüm isə "Anagold 24Erzincanspor"da baş məşqçi kimi fəaliyyət göstərib.

Digər xəbərlər