"Qarabağ" "Kopenhagen"i məğlub yola saldı

"Qarabağ" "Kopenhagen"i məğlub yola saldı
Futbol
15 Avqust 2017 - 21:58
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

Supersport.Az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkib.

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

15 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

20:00. “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) 1-0

Qol: Mahir Mədətov 25.
Baş hakim:
Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Digər xəbərlər