Dünya çempionatı öncəsi 2 güləşçimiz reytinqdə ilk sırada yer alıb

Dünya çempionatı öncəsi 2 güləşçimiz reytinqdə ilk sırada yer alıb
Digər, Güləş
14 Avqust 2017 - 11:21
Supersport.Az xəbər verir ki, Dünya Güləş Birliyi gələn həftə start götürəcək Dünya çempionatı öncəsi güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

İlk onluqda ümumilikdə 19 güləşçimizin adı var.

Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili (57 kq), yunan-Roma güləşçilərin siyahısında Rəsul Çunayev (71 kq) öz çəkilərində ilk sırada qərarlaşıb.

Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov, Hacı Əliyev, Qalib Əliyev, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.

Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.

Yunan-Roma güləşçilərinin onluğunda isə Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.

Digər xəbərlər