Əfsanəvi Boltdan Ramil Quliyevə təbrik: "Hər zaman çempion olasan"

Əfsanəvi Boltdan Ramil Quliyevə təbrik: "Hər zaman çempion olasan"
Atletika
12 Avqust 2017 - 10:19
Supersport.Az-ın məlumatına görə, əfsanəvi atlet Useyn Bolt Türkiyəyə dünya çempionluğu qazandıran azərbaycanlı idmançı Ramil Quliyevi təbrik edib.

Londonda qaldıqları oteldə hər iki idmançının görüşü olub.

Ramil, Boltu karyerasının son yarışında qazandığı bürünc medal üçün təbrik edib. Bolt da qızıl mükafata sahib çıxan Ramilin uğuruna sevindiyini bildirib:

"Arzu edirəm ki, hər zaman çempion olasan. Ölkən və və sənin adına çox sevindim".

Qeyd edək ki, yamaykalı 30 yaşlı Useyn Bolt 8 qat olimpiya, 11 dəfə dünya çempionudur.

Digər xəbərlər