"Qarabağ" azarkeşləri buna sevinəcək

"Qarabağ" azarkeşləri buna sevinəcək
Futbol, Eksklüziv
08 Avqust 2017 - 21:43
Supersport.Az-ın əldə etdiyi məlumata görə, uzun fasilənin ardından "Qarabağ"ın aparıcı futbolçusu istər çempionat, istərsə də Çempionlar Liqası oyununda komandasına kömək edəcək.

Söhbət beşqat Azərbaycan çempionunun yarımmüdafiəçisi Dani Kintanadan gedir. İspan futbolçu ciddi zədəli olduğu üçün 6 ay futbolsuz qaldıqdan sonra komandaya qoşulub. 46 gündür ki, məşq edən və hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərən Kintananın böyük ehtimalla avqustun 11-i çempionatın ilk turunda "Neftçi"yə, 15-də isə Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"ə qarşı oyunda iştirakı edəcək.

 

Digər xəbərlər