Yakub Jezniçak: "Ağdamı ermənilər işğal edib, dağıdıb"

Yakub Jezniçak: "Ağdamı ermənilər işğal edib, dağıdıb"
Futbol
07 Avqust 2017 - 18:45
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə oyun ərəfəsində "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak açıqlama verib.

Müdafiəçi ölkəsinin mətbuatına komandasının hamını təəccübləndirmək istədiyini bildirib:

"Şerif"lə cavab oyununda burnum qırıldı, ancaq həkim qoruyucu maskaya ehtiyac olmadığını dedi. Barmağım da əzilib, amma bu ciddi deyil. Ən vacibi mərhələ adlamağımızdıe. "Qarabağ" heç vaxt pley-off mərhələsinə vəsiqə qazanmamışdı, həmişə III mərhələdə ilişmişdi. Bu baxımdan tarixi uğur qazanmaq imkanımız var. Pley-offda cütün favoriti "Kopenhagen"dir. Ancaq biz də hamını təəccübləndirmək və qrupa düşmək istəyirik. Bu, komandam və mənim üçün əla olardı".

"Legiya"dan "Qarabağ"a gəlməsinə də aydınlıq gətirən Jezniçak, "Menecer Azərbaycandan təklif gəldiyini deyərkən ona maliyyə şərtlərinin çox yaxşı olmalı olduğunu söylədim. Gözləntilərim qarşılandı. Çox fikirləşmədim, cəmi bir günə qərar verdim. İndiyədək çox xoşbəxtəm. "Qarabağ"da fikirləşdiyimdən də yaxşıdır. Böyük baza, yaxşı infrastruktur var və günəş.. Ora gedəndən heç yağış yağmayıb. Bu gedişlə heç yağmayacaq da (gülür).

"Qarabağ"da "Yagelloniya"nın sabiq futbolçusu Dani Kintana çıxış edir. Onun həyat yoldaşı polşalıdır. Həmçinin Donald Gerrye əvvəllər "Visla"da oynayıb. Onun da xanımı polyakdır və 2 övladı var", deyib.

Futbolçu, "Qarabağ" niyə Ağdamda yox, Bakıda oynayır" sualını belə cavablandırıb:

"Klub Ağdamda yaradılıb. Ancaq Azərbaycanla Ermənistan arasında baş verən müharibə zamanı şəhər dağıdılıb. Bununla belə, Bakıda da çoxlu azarkeşlərimiz var. Qarşımıza qoyulan məqsəd ÇL-in qrupuna vəsiqə qazanmaq və ölkə çempionu olmaqdır və bunlar baş verəcək!"

Digər xəbərlər