"Qarabağ" milyonlar qazandı

"Qarabağ" milyonlar qazandı
Futbol
02 Avqust 2017 - 11:23
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında uğurlu çıxışını davam etdirən "Qarabağ" büdcəsinə milyonlar qazandırıb.

Beşqat ölkə çempionu ikinci təsnifat raundunda iştirak üçün 300 min, üçüncüdə 400 min avro gəlir əldə edib. "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandığından 3 milyon da alacaq. Təmsilçimiz bu raundu adlasa, büdcəsinə 2 milyon əlavə edəcək. UEFA qrup mərhələsi üçün iştiraka görə 12 milyon avro verir.

 

Digər xəbərlər