Qurban Qurbanov: "Allaha şükür, nəticə bizim üçün yaxşı qurtardı" - Video

Qurban Qurbanov: "Allaha şükür, nəticə bizim üçün yaxşı qurtardı" - Video
Futbol, Eksklüziv, Video
02 Avqust 2017 - 07:18
Supersport.Az Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Moldovada "Şerif"i mübarizədən kənarlaşdıran "Qarabağ"ın vətənə dönüşünü videogörüntüyə alıb.
Beşqat ölkə çempionununu gətirən təyyarə saat 04:45-də Bakıya çatıb. "İmarət" fanklubunun azarkeşləri "Qarabağ"ın qəhrəmanlarını alqışlarla qarşılayıblar, futbolçular və baş məşqçi Qurban Qurbanovun ünvanına təriflər söyləyiblər. "Qurban, sən bizim qürurumuzsan" deyən fanatlar, komandalarını Çempionlar Liqasının qrupunda görmək istədiklərini arzulayıblar.
Q.Qurbanov açıqlamasında bildirib ki, gərgin oyun olsa da, uğur qazanıblar: "Çox çətin oyun alındı. Futbolçularımız gərginliyə tab gətirdilər. Allaha şükür, hər şey bizim üçün yaxşı, xeyrimizə bitdi".
Mütəxəssis, pley-off mərhələsinin püşkü haqda düşünmədiklərini qeyd edib:
"Bizi püşk yox, ən əsası oyunumuz maraqlandırır. Hansı rəqib düşsə, çalışacağıq ki, bütün gücümüzü sərf edərək, qrup mərhələsinə adlayaq".


Səbuhi Camal

Digər xəbərlər