"Şerif"in baş məşqçisi: "Məğlubiyyətə layiq deyildik"

"Şerif"in baş məşqçisi: "Məğlubiyyətə layiq deyildik"
Futbol
02 Avqust 2017 - 01:22
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" qarşısında aciz qalan "Şerif"in baş məşqçisi Roberto Bordin uğursuzluğu şərh edib.

İtaliyalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirib:

"Rəqibə yaxşı bələd idik. İlk hissədə intensiv hücumlar etdik, təhlükəli vəziyyyətlər yaratdıq. Qol vursaydıq, oyun fərqli məcrada keçərdi. Bəzi səhvlər də oldu. Rəqib komanda sürətli, riskli, texnikalı oyun, nümayiş etdirdi, topa daha çox nəzarət etməyə çalışdı. Ancaq fikrimcə, bu gün biz məğlubiyyətə layiq deyildik. ".

Digər xəbərlər