Qurban Qurbanov: "Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq"

Qurban Qurbanov: "Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq"
Futbol
02 Avqust 2017 - 00:41
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə "Şerif"i 2:1 hesabıyla məğlub edərək adını pley-off mərhələsinə yazdıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

"Çempionlar Liqasında ilk dəfə pley-offa vəsiqə qazandıq. Buna görə, çox sevinirik. Ən çətin oyunlarımızdan biri oldu. Belə olacağını da gözləyirdik. Futbolçularımız əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Səhvlərə də yol verildi. Allaha şükür ki, uğur bizim tərəfdə oldu. Komandamızı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Çox istərdik ki, qrupa düşək. Bu gün burada möhtəşəm ab-hava vardı. Bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm.

"Şerif"ə gəlincə, Avroliqada bu komandaya azarkeşlik edəcəyik".

Digər xəbərlər