Avropa Kubokunda uğurlu nəticə

Avropa Kubokunda uğurlu nəticə
Digər, Cüdo
30 İyul 2017 - 20:20
Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa Kuboku yarışı keçirilib.

Mötəbər birinciliyin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Gənclərdən ibarət milli komandamız aktivinə 2 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıb. Milli komandamızın üzvləri Nəzakət Əzizova (52 kq) və Kəramət Hüseynov (60 kq) bütün rəqiblərinə qalib gələrək Berlində qızıl medala sahib olublar. 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva yalnız finalda uduzaraq gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində yarışan Yaqub Cavadov Avropa Kubokunda bürünc medala layiq görülüb. Gənc cüdoçularımız Berlin turnirinin ilk günündə 4 medal qazanıblar.
Yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar.
100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb. Digər təmsilçimiz Naim Hüseynov (81 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, 37 ölkədən 513 (317 oğlan, 196 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.

Digər xəbərlər