"Panatinaikos" – "Qəbələ" oyununda ispan hakimlər

"Panatinaikos" – "Qəbələ" oyununda ispan hakimlər
Futbol
25 İyul 2017 - 01:21
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.

"Qəbələ"nin "Panatinaikos"la Yunanıstanda keçiriləcək ilk görüşünün hakimləri, həmçinin hakim-inspektor və UEFA nümayəndəsi müəyyənləşib. İyulun 27-də baş tutacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Afinadakı görüşün baş hakimi Xuan Martines Munuera olacaq.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

22:30. "Panatinaikos" (Yunanıstan) – "Qəbələ" (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu

Digər xəbərlər