Karateçilərimiz Dünya Oyunlarında

Karateçilərimiz Dünya Oyunlarında
Karate, Digər
24 İyul 2017 - 20:12
Supersport.Az xəbər verir ki, Azərbaycan karateçiləri Dünya Oyunlarına yollanıblar. Polşanın Vrotslav şəhərində nüfuzlu oyunların karate yarışlarında 2 idmançımız iştirak edəcək.

Ayxan Mamayevlə (-84 kq), Firdovsi Fərzəliyev (-60 kq) Dünya Oyunlarına vəsiqəni ötən ilin payızında Avstriyada Dünya çempionatının mükafatlarına əsasən qazanıblar. 3-cü vəsiqənin sahibi Rafael Ağayev isə zədə üzündən yarışa qatıla bilməyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə bu mötəbər yarışda iştirak edən karateçilərimiz 25-26 iyul tarixlərində mübarizə aparacaqlar.

 

Digər xəbərlər