Kikboksçumuz erməniyə qalib gələrək çempion adını qazanıb

Kikboksçumuz erməniyə qalib gələrək çempion adını qazanıb
Kikboks, Digər
24 İyul 2017 - 14:45
Supersport.Az xəbər verir ki, Kikboksinq üzrə dünya çempionu Zaur Yusifovun tələbəsi Miryəhya Seyidov Gürcüstanda keçirilən dünya oyunlarında iştirak edərək adını çempionlar sırasına yazdırmağa nail olub. 35 kq çəki dərəcəsi üzrə yeniyetmələr arasında öz gücünü sınayan kikboksçumuz yarımfinal qarşılaşmasında gürcü rəqibini, finalda isə ermənini darmadağın edərək Azərbaycan bayrağını möhtəşəm arenada dalğalandırıb.

Qeyd edək ki, Miryəhya Seyidov çempionata şəxsi məşqçisi Zaur Yusifovla birgə yollanıb.

Digər xəbərlər