"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - Foto

"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - Foto
Futbol, Foto
24 İyul 2017 - 11:10


"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.

Supersport.Az-ın məlumatına görə, polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: “24 il keçdi... Bu gün “Qarabağ” klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür”.

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a bu yay “Legiya”dan keçib.



Digər xəbərlər