Azərbaycan cüdoçusu Hidayət Heydərov ermənini diz çökdürdü

Azərbaycan cüdoçusu Hidayət Heydərov ermənini diz çökdürdü
Digər, Cüdo
23 İyul 2017 - 17:48
Supersport.Az-ın məlumatına görə, Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatının ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.

Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.

Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.

Digər xəbərlər