"Qəbələ" "Panatinaikos"la oyuna Polşada hazırlaşır

"Qəbələ" "Panatinaikos"la oyuna Polşada hazırlaşır
Futbol
22 İyul 2017 - 20:02
UEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq "Qəbələ" Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.

İkinci təsnifat mərhələsində "Yagelloniya" komandasına səfərdə 2:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi məşqlərinə Polşada start verib. İyulun 21-də Belostokdan paytaxta yollanan "Qəbələ" hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. "Qəbələ" bu gün baş tutacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. Komanda sabah Yunanıstana yollanacaq. "Qırmızı-qaralar" iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçiriləcək "Panatinaikos" – "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Digər xəbərlər