"Qarabağ" - "Şerif": oyuna nə qədər bilet satılıb?

"Qarabağ" - "Şerif": oyuna nə qədər bilet satılıb?
Futbol
21 İyul 2017 - 22:37
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Supersport.Az-ın məlumatına görə, ilk gün azarkeşlər oyuna böyük maraq göstərib. Artıq 5 min bilet satılıb.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11 və 18 nömrəli sektorlar – 3 AZN

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN

VİP - 50 AZN

Qeyd edək ki, "Qarabağ" – “Şerif" matçı iyulun 25-i saat 21:00-da start götürəcək.

 

Digər xəbərlər