Qurban Qurbanov: "Çətin olsa da, uğur qazanmaq üçün çalışacağıq"

Qurban Qurbanov: "Çətin olsa da, uğur qazanmaq üçün çalışacağıq"
Futbol
21 İyul 2017 - 22:25
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın "Şerif" klubunu sınağa çəkəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rəqib haqda fikirlərini bildirib.

"Şerif" uzun müddətli Avropa təcrübəsinə malik bir komandadır. Rəqibimiz demək olar ki,  hər mövsüm avrokuboklarda mübarizə aparır. Komandanın heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki,  "Şerif" bu mövsümə olduqca ciddi hazırlaşır.  Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir. Amma nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq" - deyə, təcrübəli mütəxəssis klubun saytına açıqlamasında bildirib.

Digər xəbərlər