Şeydayevdən Çempionlar Liqasına erkən vida

Şeydayevdən Çempionlar Liqasına erkən vida
Futbol
20 İyul 2017 - 06:29


Milli komandamızın hücumçusu Ramil Şeydayev UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Supersport.Az saytının məlumatına görə, 20 yaşlı forvardın formasını geydiyi “Jilina” II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Kopenhagen”in qonağı olub. Şeydayev oyunun 66-cı dəqiqəsində meydana daxil olub. Matç “Jilina”nın 2:1 hesablı qələbəsi ilə başa çatsa da, Slovakiya çempionu mərhələ adlaya bilməyib.

Belə ki, “Kopenhagen” ilk matçda 3:1 hesablı qələbə qazandığından Ramilin komandası qitənin mötəbər klub turniri ilə vidalaşıb.

Digər xəbərlər