Nazir "Qarabağ"ın qələbəsini izlədi, qrupu arzuladı - Video

Nazir "Qarabağ"ın qələbəsini izlədi, qrupu arzuladı - Video
Futbol, Eksklüziv, Video
19 İyul 2017 - 22:44
Supersport.Az Tiflisdə keçirilən Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Samtredia" - "Qarabağ" oyununu izləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi videogörüntüyə alıb. Qarşılaşmaya nazirlə birgə, klubun İdarə Heyətinin üzvü Fevzi Aras, direktor Əmrah Çelikel, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov da tamaşa edib.

Nazir Əbülfəs Qarayev, Supersport.Az-la açıqlamasında beşqat Azərbaycan çempionunun qələbəsinə çox sevindiyini və komandanı qrup mərhələsində görmək istədiyini bildirib:

"Qarabağ" layiqli qələbə qazandı. Çox istərdim ki, komandamız Çempionlar Liqasının qrupuna düşsün. Nə qədər çətin olsa da, "Qarabağ" bunu bacara bilər".

 

 

Digər xəbərlər