Dünyanı mat qoyacaq transfer cəhdi

Dünyanı mat qoyacaq transfer cəhdi
Futbol
19 İyul 2017 - 12:33
Supersport.Az-ın məlumatına görə, PSJ "Barselona"nın futbolçusu üçün fantastik məbləğ təklif edib.

Fransa klubu Neymarı heyətini cəlb etmək məqsədilə 222 milyon avro verməyə hazırdır. Bu haqda İspaniya mətbuatı məlumat yayıb.

PSJ Neymar üçün illik 30 milyon avro olmaqla 5 illik müqavilə hazırlayıb və braziliyalı futbolçu təklifi qəbul etsə, "Barselona"nın hesabına 222 milyon avro köçürüləcək.

Bu transfer reallaşsa, Nemar "Şanxay Çenxua"da illik 38 milyon avro qazanan Karlos Tevesin ardından dünyanın ən çox qazanan ikinci futbolçusu olacaq.

"Barselona" rəsmisi Robert Fernandes bildirib: "Neymar üçün sərbəst qalmaq üçün böyük məbləğdə pul ödəniləcək? Bu, mümkün deyil".

25 yaşlı Neymar, 2012/14 mövsümündə "Santos"dan 88 milyon avroya "Barselona"ya transsfer olunub.

Digər xəbərlər